Previous Next

Virusa inanaq???? Özümüzü qoruyaq????

Bütün dünyanı təşvişə salan bəlaya yoluxanların sayı təəssüf ki gün keçdikcə ölkəmizdə də artmaqdadır. Maraqlısı isə odur ki, hələ də çox insan vəziyyətin ciddiliyini nəzərə almır. Hətta situasiyanı məsxərəyə salmaqla qalmır, digər inanan insanları da öz təsirinə məruz qoymaq istəyir, onları qorunma tədbirlərindən yayındırmaq üçün əlindən gələni edir. 

İctimai nəqliyyat vasitələrində maska taxan insanlara gülür, marketlərdə əlcək geyinənləri müəmmalı baxışlarla süzür, iri obyektlərdə girişdə təklif olunan dezinfeksiya edici məhlullardan istifadə etməkdən imtina edirlər. 

Bir şeyi nəzərə alın ki, situasiya hər kəsin öz həyatı, öz seçimi deyə biləcəyimiz bir vəziyyət deyil. Hər şey sizin düşündüyünüzdən çox çox ciddidir. Fərqi yoxdur bu virusun yayılması siyasət idi mi, ya səhvən mi oldu. Nəticə göz qabağındadır. Dünyanın başı bəladadır. Və hələ ki, qorunmaq üçün tək vasitə irəli sürülən tədbirlərə riayət etməkdir. Özünüzü düşünmürsünüzsə ata-analarınızı, bacı-qardaşlarınızı, övladlarınızı, UŞAQLARI düşünün.

Hər kəsin həyatında SEVDİYİ ən az bir nəfər vardır. Həmin o BİR NƏFƏRİN xətrinə özünüzü qoruyun.

Sizlər, gülüş hədəfinə tuş gələnlər, heç kimin təzyiqinə məruz qalmadan qorunmağa davam edin. 

 

Unutmayın, heç kim sığortlanmayıb. Bu mövzuda hər birimiz həssas olmalıyıq.


 

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!